Cəmiyyət

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

26 May 2026, 16:02 8 baxış Admin
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər