Digər

Bakı və Xırdalana dolu yağır

26 May 2026, 16:38 12 baxış Admin
Bakı və Xırdalana dolu yağır

Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
***Hazırda Bakı şəhərində xırda dənəli dolu qeydə alınır.

***Xırdalanda leysanla yanaşı dolu da müşahidə olunur.
Bakupost.az-a göndərilən videoda şəhərə xırda dənəli dolunun düşdüyü əks olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Lalə,BakuPost



Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər