Cəmiyyət

Şagirdlərin diqqətinə! Buraxılış imtahanlarında VACİB dəyişiklik

26 May 2026, 10:47 18 baxış Admin
Şagirdlərin diqqətinə! Buraxılış imtahanlarında VACİB dəyişiklik

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.

News24.az xəbər verir ki, bu, DİM-in yaydığı məlumatda əksini tapıb.

Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatında vurğulanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər