Cəmiyyət

Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video

26 May 2026, 11:04 9 baxış Admin
Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video

Son dövrlərdə uşaqlar arasında suçiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb.

News24.az xəbər verir ki, yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivlərində sürətlə yayılır, bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür.

Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir.

Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini daha da artırır. Nəticədə suçiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir. (İctimai TV)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər