3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü
26 May 2026, 10:17
13 baxış
Admin
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.
News24.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən beşmərtəbəli binada baş verib.
2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan 5-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az