Cəmiyyət

Xalq artistinin vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi – FOTOLAR

26 May 2026, 01:38 13 baxış Admin
Xalq artistinin vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi – FOTOLAR

Xalq artisti Kamran Quliyevin səhhətində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a jurnalist Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, Xalq artistinin sənət yoldaşları onu ziyarət ediblər:

"Kamran müəllim Rövşən Hüseynov, Yasəmən Ramazanova kimi Naxçıvan Dövlət Milli Dram Teatrının tarixində öz məktəbini, dəsti-xəttini yaradan sənətkardır. Allah can sağlığı versin. Naxçıvan teatrı bu cür sənətkarlarımızın qoyduğu yolun davamı kimi bu gün öz möhtəşəm tarixini yaradır", – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Xalq artisti, "Tərəqqi" medalı ilə təltif edilən Kamran Quliyev hazırda Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. O, uzun müddət Naxçıvan Teatrında çalışıb.

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər