94 yaşlı nənə və nəvəsi dəm qazından zəhərləndi, biri öldü
25 May 2026, 13:46
11 baxış
Admin
Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G.Ağalarova ölüb, R.Ağalarov isə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. (Apa)
Mənbə:
news24.az