Yevlaxda 16 yaşlı yeniyetməni maşın vurdu
25 May 2026, 10:36
11 baxış
Admin
Yevlaxda yeniyetməni maşın vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən piyada 2010-cu il təvəllüdlü Qarayev Sahibi vurub. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)
Mənbə:
news24.az