Bakıda binanın fasadı qopub maşının üstünə düşdü
25 May 2026, 10:12
14 baxış
Admin
Paytaxtın Nəsimi rayonunda, “28 May” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının fasad hissəsi qoparaq həyətə düşüb.
Bakupost.az Trend-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Binanın aqlay üzlüyünün yüksək mərtəbədən qopub tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə:
bakupost.az