Sərnişin avtobusu piyadanı vurdu
23 May 2026, 12:53
12 baxış
Admin
Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 5 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tağıyev Elşən Arzuman oğlunu vurub.
Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)
Mənbə:
news24.az