Bərdədə dəhşətli olay: məktəblinin meyiti tapıldı
22 May 2026, 22:00
14 baxış
Admin
Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Unikal)
Mənbə:
news24.az