Cəmiyyət

Göyçaya dolu yağır

22 May 2026, 18:49 11 baxış Admin
Göyçaya dolu yağır

Hazırda müşahidə olunan faktiki hava məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti hələ də davam edir.

Bu barədə News24.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.

Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər