Kriminal

Ebola təhlükəsi: ABŞ təyyarənin enişinə icazə vermədi

22 May 2026, 17:33 13 baxış Admin
Ebola təhlükəsi: ABŞ təyyarənin enişinə icazə vermədi

Parisdən ABŞ-nin Detroyt şəhərinə uçan “Air France” aviaşirkətinə məxsus təyyarənin enişinə icazə verilməyib.

News24.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin Ebola virusunun yayıldığı ölkələrdən birində olması ilə bağlı məlumat olub.

Bundan sonra təyyarə Kanadanın Monreal şəhərinə istiqamətləndirilib.

Məlumata görə, ABŞ rəsmiləri sərnişin siyahısını yoxlayarkən Konqo vətəndaşı olan həmin şəxsin son günlər Ebola riski yüksək olan bölgədə olduğunu müəyyən ediblər.

Uçuş zamanı bəzi ekipaj üzvlərinin maskadan istifadə etməsi isə sərnişinlər arasında narahatlıq yaradıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər