Cəmiyyət

Aqil Abbasdan uşaqpulu haqda açıqlama: “Sistem yaradıblar”

22 May 2026, 15:36 15 baxış Admin
Aqil Abbasdan uşaqpulu haqda açıqlama: “Sistem yaradıblar”

“Mən də “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Bu uşağı böyüdürsən, dünyanın hansı yerində olursa-olsun “uşaqpulu” verilməlidir”.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas deyib.

O deyib ki, Azərbaycan hökuməti “uşaqpulu”nu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir:

“Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, az təminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar.

Amma mən “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, vəssalam”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər