Cəmiyyət

AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək

22 May 2026, 12:18 12 baxış Admin
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Nəcəfov Qəşəm Mirzə oğluna (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.


Bakupost.az Yeniavaz.com-a istinadən xəbər verir ki, AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.
Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.
Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər