Kriminal

Vətən müharibəsi qazisinin oğlu vəfat etdi - Foto

19 May 2026, 12:37 15 baxış Admin
Vətən müharibəsi qazisinin oğlu vəfat etdi - Foto

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov vəfat edib.

News24.az xəbər verir ki, o, dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib.

Məlumata görə, M.İslamov 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğludur.

Qurbanəli İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön cəbhədə iştirak edib. O, Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və döyüşlər zamanı sol ayağını itirib. (milli.az)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər