SON DƏQİQƏ: Naxçıvana uçuşlar ləğv edildi
18 May 2026, 21:31
12 baxış
Admin
Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
News24.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda deyilir.
Mənbə:
news24.az