Cəmiyyət

Bu gün daha iki zəvvar təyyarəsi yola düşdü

18 May 2026, 19:35 12 baxış Admin
Bu gün daha iki zəvvar təyyarəsi yola düşdü

Bu gün zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə News24.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Həcc ziyarətinə yola düşüb”, - o bildirib.

Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər