Bu marşrut üzrə qatarlar həftəsonları ikitərəfli hərəkət edəcək
18 May 2026, 16:09
14 baxış
Admin
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.
News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
Mənbə:
news24.az