Türkiyədə yaşayış ərazisinə dron düşdü
16 May 2026, 14:00
12 baxış
Admin
Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.
Bakupost.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Kazım Karabekir rayonunda qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində iki evin dam örtüyü zədələnib. Təxminən 1 metr uzunluğunda olduğu ehtimal edilən PUA hazırda mütəxəssislər tərəfindən araşdırılır.
Mənbə:
bakupost.az