Digər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəldi

12 May 2026, 22:42 16 baxış Admin
Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəldi

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər