Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq?
02 Nov 2026, 13:50
2 baxış
Admin
Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə aydınlıq gətirilib.
News24.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov danışıb.
"Hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir. Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur", - deyə o qeyd edib.
Mənbə:
news24.az