Kriminal

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

25 Nov 2026, 16:26 2 baxış Admin
Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

Ötən həftə Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə batan şəxsin meyiti tapılıb.

News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Noyabrın 18-i Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər