Bir dəfə şarjla 850 kilometr: Üçüncü nəsil "BYD Tang" təqdim olundu!
25 Nov 2026, 17:13
2 baxış
Admin
“BYD” şirkəti üçüncü nəsil “Tang” elektrikli “SUV” modelini Çində satışa çıxarıb. Avtomobil bir dəfə enerji doldurmaqla 850 kilometrədək məsafə qət edə bilir və 5 dəqiqəyə batareyasını 10%-dən 80%-ə qədər doldurur.
“Bakupost” xəbər verir ki, yeni modelin başlanğıc qiyməti 28 min dollar təşkil edir. Avtomobil üç komplektasiyada təklif olunur.
Modelin standart versiyası 402 at gücünə malikdir. Ən güclü tam ötürücülü versiyada isə iki elektrik mühərriki ümumilikdə 690 at gücü yaradır. Bu versiyanın yürüş məsafəsi 770 kilometrdir.
Avtomobildə ikinci nəsil “Blade” batareyası, LiDAR sensoru ilə işləyən sürücüyə yardım sistemi və ağıllı pnevmatik asqı sistemi quraşdırılıb.
Yeni “Tang”ın baqaj həcmi 910 litr, arxa oturacaqlar qatlandıqda isə 2113 litr təşkil edir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az