Azərbaycanlı ailənin evi yanıb kül oldu
25 Nov 2026, 12:28
2 baxış
Admin
Gürcüstanın Marneuli bələdiyyəsində azərbaycanlı ailəyə məxsus ev yanıb.
News24.az xəbər verir ki, hadisə Qasımlı kəndində baş verib.
Nəticədə Nuriyevlər ailəsinə məxsus yaşayış evi tamamilə yanıb.
Sakinlərin bildirdiyinə görə, yanğın elektrik xətlərində yaranan nasazlıq səbəbindən baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb.
Mənbə:
news24.az