Dünya

“Kainat gözəli-2026”-nın qalibi bəlli oldu - FOTOLAR

25 Nov 2026, 13:00 2 baxış Admin
“Kainat gözəli-2026”-nın qalibi bəlli oldu - FOTOLAR

Beynəlxalq gözəllik müsabiqəsi “Kainat gözəli-2026”nın qalibi 27 yaşlı Puerto-Riko təmsilçisi Cennifer Barreto olub.

News24.az xəbər verir ki, bu il müsabiqədə 116 iştirakçı tac uğrunda mübarizə aparıb.

Müsabiqənin final mərhələsi Puerto-Rikonun paytaxtı San-Xuan şəhərində keçirilib. Barreto bu titula layiq görülən Puerto-Rikonun altıncı nümayəndəsi olub. O, son 20 ildə bu uğuru qazanan ilk Puerto-Riko təmsilçisidir.

Qalib psixologiya üzrə bakalavr və psixologiya, eləcə də sosial iş üzrə magistr dərəcələrinə malikdir. Barreto 2021-ci ildə ABŞ ordusunda xidmətə başlayıb. Texas ştatındakı Fort-Kavazos hərbi bazasında çalışaraq məişət zorakılığı və uşaqlara qarşı qəddarlığın qurbanlarına yardım göstərib, həmçinin hərbçilərin ailələri ilə işləyib.

Müsabiqə zamanı o, süni intellektdən məsuliyyətli istifadənin və insan dəyərlərinin qorunmasının vacibliyindən də danışıb.

Qeyd edək ki, “Kainat gözəli” 1952-ci ildə ABŞ-də təsis edilmiş ən qədim beynəlxalq gözəllik müsabiqələrindən biridir.

Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər