Kriminal

Qubada avtomobil piyadanı vuraraq öldürdü

24 Nov 2026, 20:14 2 baxış Admin
Qubada avtomobil piyadanı vuraraq öldürdü

Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./report.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər