Digər

Beyin və ürək üçün faydalı olan səhər yeməyinin adını açıqlandı

24 Nov 2026, 18:05 2 baxış Admin
Beyin və ürək üçün faydalı olan səhər yeməyinin adını açıqlandı

Dietoloq beyin sağlamlığını dəstəkləmək üçün səhər yeməyində zülal və liflə zəngin qidaların qəbulunu tövsiyə edib.

News24.az xəbər verir ki, “Real Simple” nəşrinə danışan dietoloq Loren Manaçerin sözlərinə görə, səhər saatlarında zülal qəbulu gün ərzində enerji səviyyəsinin qorunmasına kömək edir. Lif isə həzmi yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır.

Mütəxəssis qeyd edib ki, bu iki qida maddəsi ümumi sağlamlıq üçün də əhəmiyyətlidir. Zülal əzələ kütləsinin qorunmasında, lif isə ürək sağlamlığının dəstəklənməsində mühüm rol oynayır.

Manaçer beyin üçün faydalı səhər yeməyi nümunəsi kimi göbələk və pendirlə hazırlanan omleti göstərib. Onun sözlərinə görə, yumurta və pendir orqanizmi zülalla təmin edir, göbələk isə lif mənbəyidir.

Dietoloq əlavə edib ki, göbələklərin tərkibində selen və erqotionin də mövcuddur. Erqotionin beynin sağlamlığının qorunmasındakı mümkün rolu hazırda elmi araşdırmalarda öyrənilir.

Mütəxəssisin istinad etdiyi araşdırmalardan birində qanda erqotionin səviyyəsi aşağı olan insanlarda yaddaş, nitq və gündəlik fəaliyyət qabiliyyətinin bir neçə il ərzində daha sürətlə zəiflədiyi müəyyən edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər