Dünya

Paşinyan jurnalisti və media qurumlarını məhkəməyə verdi - 11 min dollarlıq təzminat

24 Nov 2026, 13:27 2 baxış Admin
Paşinyan jurnalisti və media qurumlarını məhkəməyə verdi - 11 min dollarlıq təzminat

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Sevak Akopyanı və iki media qurumunu məhkəməyə verib.

News24.az xəbər verir ki, Paşinyan Sevak Akopyandan və onun baş redaktoru olduğu “Yerevan Today” nəşrindən “yüksək səviyyəli talançılıq” və “yüksək səviyyəli korrupsiya” ilə bağlı bəyanatları təkzib etməyi və 11,1 min dollar təzminat tələb edib tələb edir.

Məhkəmə iddiasına əsasən, təkzib media qurumunun bütün platformalarında dərc olunmalıdır. Paşinyan eyni bəyanatların “Zerkalo” mətbuat klubunda da təkzib olunmasını tələb edir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər