Ermənistanda dəhşətli qətl: Arvad ərini döyüb diri diri yandırdı
Ermənistanın Armavir şəhərində qadın mübahisə zamanı ərini döyərək diri-diri yandırıb.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, 2026-cı ilin iyulunda fikir ayrılığı zəminində yaranan mübahisə zamanı qadın ərinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr endirib.
Daha sonra onu sürüyərək boş əraziyə aparıb, 96 faizlik etil spirti məhlulu kişinin üzərinə töküb və od vurub.
Aldığı ağır xəsarətlər nəticəsində kişi həyatını itirib.
Məlum olub ki, qadın 2025-ci ilin fevralında da ərini döyüb və onu yandırmaqla hədələyib.
Qadına qarşı “xüsusi amansızlıqla, yaxın qohum tərəfindən törədilmiş qətl” və “fiziki zorakılıq” maddələri ilə cinayət işi başlanıb. O, həbs edilib.
İş üzrə ittiham aktı ilə birlikdə cinayət materialları nəzarətçi prokurora göndərilib.