Tramp 500-dən çox məhbusun cəzasının yüngülləşdirilməsinə qarşı çıxdı
24 Nov 2026, 12:59
2 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp Kaliforniyada ölüm hökmü verilmiş 500-dən çox məhbusun cəzasının ömürlük həbsə dəyişdirilməsi qərarına etiraz edəcəyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu barədə ABŞ Ədliyyə Nazirliyində qətl qurbanlarının yaxınları ilə görüşündə danışıb.
O, Kaliforniya qubernatoru Qevin Nyusomun qərarını siyasi addım adlandırıb və bununla razılaşmadığını bildirib. Tramp qərara qarşı apellyasiya şikayəti veriləcəyini qeyd edib.
Qeyd edək ki, Nyusom bu ayın əvvəlində 500-dən çox məhbusun ölüm hökmünü şərti azadlığa buraxılma imkanı olmayan ömürlük həbs cəzası ilə əvəz edib.
Mənbə:
news24.az