Cəmiyyət

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

23 Nov 2026, 23:02 4 baxış Admin
Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib.


"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev X hesabındakı paylaşımda bildirib.
"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y.Rəfiyev qeyd edib.
COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.
"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini vurğulayıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər