Digər

Sumqayıtda 13 yaşlı yeniyetmə itkin düşüb

24 Nov 2026, 01:19 3 baxış Admin
Sumqayıtda 13 yaşlı yeniyetmə itkin düşüb

Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.
"Bakupost" xəbər verir ki, 2013-cü il təvəllüdlü Allahverdi Rza noyabrın 23-də saat 18 radələrində dərsdən çıxıb, lakin evə qayıtmayıb.
O, Sumqayıt şəhərində yerləşən 27 nömrəli məktəbin şagirdidir.
Yeniyetmənin 6-cı mikrorayon ərazisində yerləşən məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil. Artıq saatlardır ki, ondan xəbər yoxdur.
Lalə Novruz , BakuPost


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər