İdman

Lionel Skaloni velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanıb - Foto

24 Nov 2026, 01:58 1 baxış Admin
Lionel Skaloni velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanıb - Foto

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni "Gran Fondo Siete Lagos" velosiped yarışında öz yaş kateqoriyasında üçüncü yeri tutaraq 2027-ci ildə Fransada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

News24.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

48 yaşlı mütəxəssis San-Martin-de-los-Andes şəhərindən Vilya-la-Anqosturaya qədər uzanan 110 kilometrlik məsafəni 2 saat 51 dəqiqə 54 saniyəyə qət edib. 45-49 yaş kateqoriyasında ümumilikdə 179 nəfər mübarizə aparıb. Yarışda Argentina millisinin digər məşqçisi Pablo Aymar da iştirak edib.

Pataqoniya regionunda keçirilən yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) rəsmi təqviminə dünya çempionatına vəsiqə mərhələsi kimi daxil edilib. Qaliblər Fransanın Yuxarı Savoya bölgəsində avqust ayında keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

Hələlik Skaloninin Fransaya gedib-getməyəcəyi məlum deyil.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda iki dəfə Amerika Kubokunun (2021, 2024), 2022-ci ildə Finalissimanın və dünya çempionatının qalibi olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər