Dünya

2,6 milyon miqrantın ölkədən çıxarılmasını tələb etdi

23 Nov 2026, 20:58 2 baxış Admin
2,6 milyon miqrantın ölkədən çıxarılmasını tələb etdi

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasının lideri Tino Xrupalla 2,6 milyonadək miqrantın ölkədən çıxarılmasına çağırıb.

News24.az xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

Xrupalla bildirib ki, Almaniyanı tərk etmək öhdəliyi olan şəxslər və cinayət törətmiş əcnəbilərlə yanaşı, ukraynalı, suriyalı və əfqanıstanlı qaçqınlar da sığınacaq almaq üçün hüquqi əsaslar aradan qalxdıqdan sonra öz ölkələrinə qaytarılmalıdırlar:

“Bu ölkələrdə siyasi və təhlükəsizlik vəziyyətinin dəyişməsi qaçqınların geri göndərilməsinə əsas yarada bilər. Ukraynada müharibə başa çatarsa, eləcə də Suriya və Əfqanıstanda təhlükəsizlik şəraiti yaxşılaşarsa, həmin ölkələrin vətəndaşlarının Almaniyada qalmasına ehtiyac olmayacaq. Bu halda müvafiq şəxslər vətənlərinə qayıtmalıdırlar”.

Qeyd edək ki, AfD Almaniyada ifrat sağçı mövqeyi ilə tanınan siyasi partiyadır. Partiya son dövrlərdə keçirilən regional seçkilərdə əhəmiyyətli seçici dəstəyi qazanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər