Rutte NATO ölkələrini Ukraynaya silah verməyə çağırdı
23 Nov 2026, 22:14
1 baxış
Admin
NATO-nun baş katibi Mark Rutte üzv ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri və sursat göndərməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Rutte bildirib ki, Ukraynaya dəstək ölkənin özünü müdafiə etməsinə kömək edir və Rusiya ilə gələcək danışıqlarda mövqeyini gücləndirir.
O, həmçinin Qərb ölkələrinin Ukraynaya yardımını artırmalı və NATO-nun vacib infrastrukturunu mümkün təxribatlardan qorumaq üçün tədbirlər görməli olduğunu vurğulayıb.
Mənbə:
news24.az