Dünya

Aİ-nin təhsil platforması kiberhücuma görə fəaliyyətini dayandırdı

23 Nov 2026, 21:54 1 baxış Admin
Aİ-nin təhsil platforması kiberhücuma görə fəaliyyətini dayandırdı

Avropa Komissiyasına edilən kiberhücumdan sonra Aİ Akademiyasının təhsil platforması fəaliyyətini dayandırıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Avropa Komissiyasının sözçüsü Tomas Renye bildirib ki, platforma noyabrın 23-də sıradan çıxıb. Ötən həftə baş verən kiberhücum nəticəsində istifadəçilərin şəxsi məlumatları ələ keçirilib.

Hazırda hücumu həyata keçirən şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 19-da Avropa Komissiyasına edilən kiberhücum əməkdaşların əməkhaqqı və məzuniyyət məlumatlarına çıxışında da problemlər yaradıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər