İdman

Nəriman Axundzadəyə yiyə duran yoxdur

11 Nov 2026, 16:45 17 baxış Admin
Nəriman Axundzadəyə yiyə duran yoxdur

Müqavilə üzrə ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsus olan azərbaycanlı hücumçu Nəriman Axundzadənin karyerası ciddi böhran keçirir.
“Bakupost” xəbər verir ki, icarə əsasında Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən 22 yaşlı forvard əsas heyətdə özünə yer tapa bilmir.
Nə "Kolumbus Kryu", nə də "Ərzurumspor" futbolçunun xidmətində maraqlıdır. Hər iki klubun planlarından kənarda qalan Axundzadə hazırda çarəsiz qalıb. Müqavilə sahibi olan MLS klubu onu geri qaytarmaq istəmədiyi halda, "Ərzurumspor" da oyunçunun çıxışından məmnun deyil və ona forma şansı vermir. ShopByBro
Gənc hücumçunun yanvar transfer pəncərəsində karyerasını harada davam etdirəcəyi böyük sual altında qalır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər