Kriminal

Azərbaycanlı iş adamının avtomobilinə hücumla bağlı saxlanılan var

22 Nov 2026, 20:52 1 baxış Admin
Azərbaycanlı iş adamının avtomobilinə hücumla bağlı saxlanılan var

Xəbər verdiyimiz kimi, Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

News24.az xəbər verir ki, Kvemo Kartli Polis Departamenti bir nəfəri saxlayıb.

O, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur.

Qurumun məlumatına görə, ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məlumata əsasən, atışma nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücum zamanı avtomobildə Hacıyevin azyaşlı övladları da olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər