“Bolt” sürücüsünü mahnıya görə döydü, həbs olundu
22 Nov 2026, 17:17
1 baxış
Admin
Bakıda “Bolt” sürücüsü müştəri tərəfindən döyülüb.
News24.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, taksiyə müştəri qismində əyləşən bir kişi və iki qadın sürücüdən mahnı qoşmasını istəyib. Sürücü isə maqnitofonunun işləmədiyini bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı 2005-ci il təvəllüdlü kişi sərnişin sürücünün sifət nahiyəsinə zərbələr endirərək ona xəsarət yetirib.
Sürücü ifadəsində sərnişinlərin sərxoş olduğunu bildirib.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221.1 və 228.5-ci maddələri ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə 21 yaşlı təqsirləndirilən şəxs 4 ay müddətinə həbs olunub./Xitab24.az/
Mənbə:
news24.az