Onlar yenə Dünya çempionudur!
06 Nov 2026, 18:12
19 baxış
Admin
Tamblinq üzrə milli komandamız 4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən Dünya çempionatında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
News24.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komandamız final mərhələsində inamlı çıxış edərək Dünya çempionu titulunu qoruyub.
Beləliklə, təmsilçilərimiz üçqat Dünya çempionu adına layiq görülüb.
Mənbə:
news24.az