"Kəpəz" - "İmişli" oyununda baş hakim səhv qərar verib - VİDEO
04 Nov 2026, 15:06
1 baxış
Admin
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.
News24.az xəbər verir ki, qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib.
R.Həsənovun sözlərinə görə, "İmişli"nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.
Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.
Mənbə:
news24.az