İdman

Qapıçı ilə toqquşan futbolçu öldü

03 Nov 2026, 14:08 1 baxış Admin
Qapıçı ilə toqquşan futbolçu öldü

İspaniya La Liqa 2-də çıxış edən “Tenerife” klubunun futbolçusu Xesus de Migel vəfat edib.
“Bakupost” xəbər verir ki, hadisə “Tenerife” – “Andorra” matçının son dəqiqələrində baş verib.
Qarşılaşma zamanı meydan sahiblərinin hücumçusu rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub. Zərbədən sonra huşunu itirərək yerə yıxılan futbolçunun ürəyi dayanıb.
Həkimlərin müdaxiləsi nəticəsində onun nəbzini bərpa etmək mümkün olub. De Migel huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. “Tenerife” klubu futbolçunun xəstəxanada vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, “Tenerife” – “Andorra” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər