AZAL-a dotasiya 20%-ə yaxın artırılır
04 Nov 2026, 11:15
1 baxış
Admin
Gələn il Azərbaycanın dövlət büdcəsindən Azərbaycan Hava Yolları QSC-yə bu illə müqayisədə 19,5% çox - 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
"Bakupost" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə ayrılır.
Mənbə:
bakupost.az