Cəmiyyət

1127 uşağın müəssisələrə verilməsinin qarşısı alındı

04 Nov 2026, 12:03 1 baxış Admin
1127 uşağın müəssisələrə verilməsinin qarşısı alındı

Son altı ildə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurumun həyata keçirdiyi reinteqrasiya tədbirləri ilə 953 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilb. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər