Nepalda iki helikopter toqquşdu
03 Nov 2026, 10:57
1 baxış
Admin
Nepal dağlarında iki turist helikopteri havada toqquşaraq qəzaya uğrayıb.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Məlumata görə, “Fishtail Air” və “Air Dynasty” şirkətlərinin helikopterləri eyni eniş yerinə enməyə çalışarkən havada toqquşub.
Hadisə nəticəsində bir turist ölüb, hər iki pilot yaralanıb.
Mənbə:
bakupost.az