Dünya

Kozinoğlunun ölümü: zəhərli maddələr tapıldı

03 Nov 2026, 10:39 2 baxış Admin
Kozinoğlunun ölümü: zəhərli maddələr tapıldı

MİT-in sabiq əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq davam edir.
"Bakupost" Türkiyə mediasına istinadla xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza məzarın açılmasından sonra götürülmüş nümunələr üzərindəki təhlilləri başa çatdırıb.
Bildirilib ki, məzar torpağında heç bir zəhərli maddə aşkar edilməsə də, Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda zəhərli maddələr tapılıb.
Bu fakt Kozinoğlunun zəhərlənərək öldürülmüş ola biləcəyi ehtimalını gücləndirib və cinayət şübhələrini artırıb.
Qeyd edək ki, Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində indiyədək 30-dan artıq şəxs dindirilib, onlardan 9-u saxlanılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər