Dünya

Helikopterlər toqquşdu: Ölən var - VİDEO

03 Nov 2026, 09:34 1 baxış Admin
Helikopterlər toqquşdu: Ölən var - VİDEO

Nepalın şərqindəki Solukhumbu rayonunda iki helikopter toqquşub.

News24.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

Hadisə helikopterin eniş edən zaman baş verdiyi bildirilib.

Qəza nəticəsində bir əcnəbi vətəndaş həlak olub, pilotlardan biri isə xəsarət alıb.

Həlak olan şəxsin kimliyi müəyyən edilməyib.

Qəza yerinə helikopter göndərilib, hazırda xilasetmə işləri davam edir. Hadisənin səbəbləri hələ ki müəyyənləşdirilməyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər