Zelenskinin əvəzinə yeni namizəd axtarışına başladılar
02 Nov 2026, 16:46
2 baxış
Admin
Ukraynalı oliqarxlar Rinat Axmetov və Viktor Pinçukun ölkə Prezidenti Volodimir Zelenskinin əvəzinə başqa namizəd hazırlamağa başladığı iddia edilir.
News24.az “Resident” teleqram kanalına istinadən xəbər verir ki, Axmetov və Pinçuk Zelenskiyə qarşı yeni müxalifət formalaşdırmaq niyyətindədirlər.
Kanalın məlumatına görə, bir neçə elit qrupdakı mənbələr oliqarxların Zelenskini gələcək prezident kimi görmədiyini bildirirlər.
“Resident” müəllifləri Ukrayna hökumətinin reytinqinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü iddia edirlər. Bildirilir ki, bu vəziyyət Axmetov və Pinçukun Zelenskiyə qarşı ittifaq yaratmasına səbəb olub.
Qeyd edək ki, bu məlumatlar Telegram kanalının iddialarına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.
Mənbə:
news24.az