Dünya

Ərdoğan Cənubi Koreyada

02 Nov 2026, 10:53 1 baxış Admin
Ərdoğan Cənubi Koreyada

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Cənubi Koreyaya səfər edib.

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Seulda hərbi hava bazasında Cənubi Koreyanın ticarət naziri Park Jung-sung tərəfindən qarşılanıb.

Prezidenti səfərdə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler və digər hökumət rəsmiləri müşayiət edir.

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Ərdoğanın noyabrın 3-də Cənubi Koreya Prezidenti Li Ce Myunqla görüşü nəzərdə tutulub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Həmçinin ikitərəfli münasibətləri gücləndirəcək sazişlərin imzalanması planlaşdırılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər